TEYMUR RƏCƏBOV “LİNARES” TURNİRİNDƏ ERMƏNİ ŞAHMATÇISINI MAT QOYMUŞDUR
Bakı, 3 mart (AZƏRTAC). Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyada ənənəvi “Linares” superturnirində ilk qələbəsini qazanmışdır. Həmyerlimiz onuncu turda ermənistanlı Levon Aronyanı məğlub etmişdir. Bu qələbədən sonra Teymur Rəcəbov çinli Van Yue ilə 4,5 xalla 6-7-ci yerləri bölüşür.
Çinli Van Yue norveç Maqnus Karlsenə qalib gəlmişdir. Vişvanatan Anand (Hindistan) - Lenyer Dominges (Kuba) və Aleksandr Qrişşuk (Rusiya) - Vasili İvançukla heç-heçə oynamışlar. On turdan sonra Rusiya şahmatçısı A.Qrişşuk 6,5 xalla vahid liderdir.
11-ci turda Teymur Rəcəbov Aleksandr Qrişşukla qarşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]