“TikTok”un sahibi “ByteDance” kompaniyası ötən il 45 milyard dollar zərərə uğrayıb
Bakı, 17 iyun, AZƏRTAC
“TikTok” sosial şəbəkəsinin sahibi Çinin “ByteDance” kompaniyasının 2020-ci ildə uğradığı zərər 45 milyard dollar təşkil edib.
AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, bu barədə məlumat kompaniyanın əməkdaşları arasında yayılan məktubda yer alıb. Maliyyə itkilərinə mühasibat düzəlişlərinin səbəb olduğu bildirilir.
Ötən il “ByteDance” kompaniyasının əməliyyat itkiləri 2,1 milyard dollar olub. Eyni zamanda, 2020-ci ildə kompaniyanın gəliri 2019-cu illə müqayisədə iki dəfədən də çox artaraq 34,3 milyard dollara yüksəlib.
Qeyd edək ki, əsası 2012-ci ildə qurulan “ByteDance” kompaniyasının mənzil qərargahı Çinin paytaxtı Pekində yerləşir. O, “TikTok” sosial şəbəkəsi də daxil olmaqla, bir sıra internet servislərinə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]