Tinatin Berdzenişvili: İctimaiyyətin problemlərinin həlli yollarını tapmaq istiqamətində irəliləməliyik
Şuşa, 23 iyul, H.Əhmədov, G.Nəzərova, AZƏRTAC
Gürcüstanın ictimai yayımçısı olaraq biz qürur duyuruq ki, işimizi müstəqil şəkildə qururuq. Biz görürük ki, bütün Qərb mediası daha konstruktiv olmağa, ictimaiyyət üçün həll yolları tapmağa çalışır. Çalışmalıyıq ki qərəzsiz, obyektiv olaq. İctimaiyyətin problemləri üçün həll yolları axtarıb tapmaq istiqamətində irəliləməliyik.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın İctimai Televiziyasının Baş direktoru Tinatin Berdzenişvili Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyada dezinformasiya və feyk xəbərlərlə mübarizə üsullarının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, yeni nəslin daha qərərzsiz mediaya ehtiyacı var. Çünki onlar müxtəlifliyə, ətraf mühit məsələlərinə daha açıqdırlar. “Rəqəmsal dünyada bizim vəzifəmiz bu imkanları ictimaiyyətə təqdim etməkdir. Biz bilmirik ki, gələcək necə olacaq. Buna görə də çağırışlara çevik reaksiya verməliyik. Həmçinin biz, həmçinin təkcə xəbərlərə fokuslanmamalı, ictimaiyyətin istəyini də nəzərə alaraq iş görməliyik”, - deyə Tinatin Berdzenişvili vurğulayıb.