“Titan” sualtı gəmisinin sahibi olan “OceanGate” sosial şəbəkə hesablarını silib
Bakı, 15 iyul, AZƏRTAC
Atlantik okeanında batan “Titan” sualtı gəmisinin sahibi olan özəl Amerika şirkəti “OceanGate Expeditions” bütün sosial şəbəkə hesablarını silib.
AZƏRTAC xəbər verir ki, son vaxtlara qədər “OceanGate Expeditions”ın “Facebook”, “Instagram”, “Twitter” və “LinkedIn”də hesabları var idi. Cümə günü onlara giriş mümkün olmayıb.
Şirkətin internet saytında daha əvvəl araşdırma və kommersiya fəaliyyətini dayandırdığına dair bildiriş yerləşdirilmişdi.
Qeyd edək ki, iyunun 19-da “OceanGate Expeditions” şirkəti “Titanik”in batdığı yerə turistləri aparmaq üçün nəzərdə tutulmuş “Titan”la əlaqənin kəsildiyini açıqlamışdı. Üç gün sonra ABŞ Sahil Mühafizəsinin Şimal-şərq bölməsi “Titanik” yaxınlığında dağıntıların aşkar edildiyini bildirdi və bunların “Titan”ın hissələri olduğu təsdiqləndi. Araşdırmalar zamanı məlum oldu ki, sualtı qayıq okeanın dərinliklərində partlayıb və bütün sərnişinləri ölüb. “Titan”ın göyərtəsində “OceanGate Expeditions” şirkətinin rəhbəri Stokton Raş, fransız akvanavt Pol-Henri Narjolet, təyyarə satışı ilə məşğul olan “Action Aviation” şirkətinin sahibi britaniyalı milyarder Həmiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]