Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

Tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

Bakı, 3 iyul, AZƏRTAC

Məscid, kilsə, sinaqoq… Onların bir məkanda yerləşməsi Bakı üçün səciyyəvi mənzərədir. Azərbaycanın paytaxtında azan səsi eşitməklə yanaşı, pravoslav və katoliklərin, yəhudilərin dini ayinlərinin də şahidi olmaq mümkündür. Şəhərin küçələrində isə müxtəlif dillərdə danışan insanlar görmək olar.

Milli və dini tolerantlıq müasir dünyamız üçün xüsusi aktuallıq kəsb edən mövzudur. Artıq tolerantlığın “Azərbaycan modeli” kimi çox işlədilən bir ifadə yaranıb. Mövzuya artan marağın səbəbini başa düşmək çətin deyil: XXI əsr bəşər tarixini milli və dini ədavətin qızışdığı, milli-dini zəmində qarşıdurmaların müharibə həddinə çatdığı yüz illik kimi düşə bilər. Dini-milli nifrət, eyni zamanda, terrorizmi qidalandıran amillərdən biridir və o, dünyamızın başı üzərindən Domokl qılıncı kimi asılıb.

Azərbaycan heç vaxt monoetnik dövlət olmayıb, ən əsası isə buna can atmayıb. Tariximizə zərrəbinlə baxanlar belə, burada milli-dini zəmində bir ixtilaf, qarşıdurma nümunəsi tapa bilməzlər. Bu, siyasətdir, yoxsa ənənə? Mən ikincinin üzərində dayanardım. Digər dinlərə, xalqlara hörmətlə yanaşmaq, onlara dost gözü ilə baxmaq bizim iliyimizə və qanımıza hopub. Babalarımız, ulu babalarımız belə olub, onların babaları və ulu babaları da.

Siyasət çətin ki, yox yerdən nəsə yarada bilsin. O, ənənəni dirçəldə, yaşada və zənginləşdirə bilər. Azərbaycanın dövlət siyasəti də bu gün məhz xalqımızın qədim tolerantlıq ənənələrini yaşatmağa, onu yeni çalarlarla zənginləşdirməyə və inkişaf etdirməyə yönəlib. Bu işlər artıq elə bir yüksək səviyyəyə çatıb ki, dünyanın çox yerindən görünür, diqqət çəkir və təqdir olunur. Prezident İlham Əliyevin, ondan əvvəl isə ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətdə tolerantlıq həmişə ön sıralarda yer tutub. Qədim əyyamlarda instinktiv, bəlkə də kortəbii hiss olan tolerantlığa artıq elmi istiqamət verilir. Ötən il Azərbaycanda etnik və dini tolerantlığın inkişafına xidmət edən iki yeni institut yaradılıb. Millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsi təsis olunub və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin himayəsi ilə ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ənənə halını alıb. Prezidentin Forumdakı çıxışından götürülmüş bu sitat məsələnin mahiyyətinə tam aydınlıq gətirə bilər: “Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, dinlərin nümayəndələri üçün vətən olmuşdur. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın inkişafında bu amil də öz rolunu oynamışdır”.

Prezident bu fikirdədir ki, tolerantlıq, multikulturalizm, dözümlülük yeni ifadələr olsa da, bunların hər biri Azərbaycanda qədimdən mövcud olub. Dini mənsubiyyətinə fərq qoyulmadan bütün tarixi abidələr eyni diqqət və qayğı ilə qorunur. Dövlət Şamaxıda 1270 il əvvəl tikilmiş məscidi bərpa etməklə yanaşı, Zərdüştlük dininin abidəsi olan Atəşgah məbədini qoruyub saxlayır. Eyni zamanda, sinaqoqun tikintisinə öz dəstəyini göstərir. Qədim alban kilsələri dövlət vəsaiti hesabına bərpa olunur, pravoslav, katolik kilsələri fəaliyyət göstərir. Bu mənzərəni də çox nadir yerlərdə görmək olar.

***

Azərbaycanda tolerantlığın dərin kök atmasının səbəbləri, multikultural dəyərlər barədə təsəvvürləri tutuşdurmaq, müqayisələr aparmaq məqsədilə mütəxəssislərin fikirlərini öyrənmək qərarına gəldim. KİV-də bu mövzuda bir çox məqalə və müsahibələr dərc olunub. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın AZƏRTAC kanalları ilə yayılmış “Azərbaycanda multikultural təhlükəsizlik prinsipləri” sərlövhəli məqaləsi məsələyə elmi şəkildə və kompleks yanaşılması ilə diqqəti xüsusilə cəlb edir. Kamal müəllim Azərbaycanda müxtəlif konfessiya üzvlərinin bir-birinə tolerant, dostluq münasibətinin əsasında dayanan amilləri belə izah edir: “Azərbaycanda belə bir mühitin olması onunla bağlıdır ki, ölkə başçısı, bütövlükdə dövlət müxtəlif konfessiyalara bərabər siyasi münasibət bəsləyir. Heç birini digərindən fərqləndirmir. Bərabər siyasi münasibət də öz növbəsində konfessiyaların bir-birinə və hər birinin ayrılıqda dövlətə tolerant münasibətini şərtləndirir”.

Azərbaycan doğrudan da müxtəlif xalqların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü məkandır. Ölkəmizi bu mənada al-əlvan xalıya bənzətmək olar: udinlər, avarlar, ləzgilər, yəhudilər, talışlar, ruslar, gürcülər, kürdlər bu xalçanın naxışlarıdır. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

Mədəni müxtəlifliyin qorunmasında vacib şərtlərdən biri bu işə dövlətlə yanaşı vətəndaş cəmiyyəti və onun fəaliyyətini dəstəkləyən qurumların da cəlb olunmasıdır. Heydər Əliyev Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu bu istiqamətdə real işlər görürlər.

Kamal müəllimin məqaləsində bir maraqlı faktla da rastlaşdım. Belə məlum olur ki, “Azərbaycan multikulturalizmi” bir fənn kimi də avropalıları özünə cəlb edir. Litva, Gürcüstan, Rusiya, Bolqarıstan, Belarus, İtaliya, Çexiya universitetləri artıq Azərbaycana olan maraqlarını “Azərbaycan multikulturalizmi” fənninin tədrisi vasitəsilə də nümayiş etdirirlər.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tolerantlıq, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, dözümlülük, dəyərvermə kimi hisslərin cəmiyyətdə yayılması xüsusi məna kəsb edir.

***

Tolerantlığın Azərbaycan xalqının həyat tərzi olduğunu təsdiqləyən çoxsaylı misallar çəkmək olar. Bunu digər xalqların nümayəndələrinin öz dilindən eşitmək daha inandırıcı təsir bağışlayır. Bakıda birinci Avropa Oyunlarının keçirildiyi günlərdə “Nezavisimaya qazeta” (Rusiya) Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mühitindən heyranlıqla söhbət açırdı.

Məsələn, müəllif yazır: “Azərbaycan azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi dövlətdir, amma ölkəni monoetnik adlandırmaq olmaz. Burada ləzgilər, avarlar, talışlar, tatarlar, türklər və çoxlu başqa xalqlar, o cümlədən çox böyük rus icması yaşayır. Azərbaycanda təqribən 120 min rus var. Onları Rus Pravoslav Kilsəsi və Rus İcması birləşdirir. Rus İcmasının sədri, Azərbaycan parlamentinin deputatı Mixail Zabelin vurğulayır ki, təşkilata üzvlük rəsmi deyil. Bu qurum milliyyətindən asılı olmayaraq, rus ənənələrini bölüşən hər kəsi birləşdirir”.

Həyat yolları heç də həmişə hamar olmur. 1990-cı ilin əvvəllərini yada salın. Sovet ordusu Bakıya hücum edib qanlı qırğın törətmişdi. Bakıdakı rus hərbçilərinin ailələri təşviş keçirirdilər. Yaxınları ordu tərəfindən qətlə yetirilən insanlar öz qisasını burada yaşayan ruslardan ala bilərdilər. Bu hadisələrdən bir qədər sonra Sovet İttifaqının dağılması rus icmasının tərəddüdlərini daha da artırmışdı. Mixail Zabelin həmin mürəkkəb dövrü xatırlayaraq deyir: “Sovet İttifaqı dağılanda ruslar yanıma gəlib nə edəcəklərini, - getsinlərmi, yoxsa qalsınlarmı, - deyə soruşurdular. Çox mürəkkəb bir dövr idi. Ruslara düşdükləri şəraitə uyğunlaşmaqda kömək etmək lazım gəlirdi. Birinci vəzifə rus məktəblərini, rus dilini və ənənələrini qoruyub saxlamaq idi. Yaxşı ki, 1993-cü ildə hakimiyyətə Heydər Əlirza oğlu Əliyev gəldi. O, bizi başa düşdü, dəstəklədi, mərkəzimiz üçün yer ayırdı. Hazırkı Prezident İlham Heydər oğlu Əliyev elə həmin siyasəti yeridir, əvvəllər xalqlar arasında dostluq, indi isə tolerantlıq və multikulturalizm adlandırılan dəyərləri dəstəkləyir”.

Bəzi postsovet ölkələrində ruslara münasibət heç də birmənalı deyil. Bu səbəbdən onlar köçüb gedirlər. Azərbaycanda isə belə problem yoxdur. Bu barədə danışan Rus İcması şurasının sədr müavini Yuri Zenin deyir: “Əgər insan burada yaxşı və rahat yaşayırsa, milli əlamətə görə təqib olunmursa, onun inkişafına, mədəniyyətinə və ənənələrinə riayət etməsinə, dini etiqadını qoruyub saxlamasına imkan yaradılırsa, onda nə üçün köçüb getməlidir. Bakıda üç kilsə fəaliyyət göstərir, özü də onlar dövlət tərəfindən bərpa edilib”.

Mixail Zabelin müxbirə belə bir epizod danışır: “Mən, rus millətindən olan şəxs, bazara gəlib, Azərbaycan dilində danışıram, mənə rus dilində cavab verirlər. Şəhərin hər yerində rusca danışırlar və dilimizin mövqeyi çox möhkəmdir. Respublikanın hakimiyyət orqanları başa düşür ki, bu, bir sərvətdir, dil çərçivələrinin məhdudlaşdırılması, yalnız bir dilin saxlanılması istənilən ölkənin mədəniyyətini yoxsullaşdırır”.

Hazırda Azərbaycanda 16 rus və 356 qarışıq məktəb, respublikanın bütün ali məktəblərində rus dilində fakültələr var. Həmin fakültələrdə 16 mindən çox tələbə təhsil alır.

***

İndi isə dünyadakı mənzərəyə nəzər yetirək. Ksenefobiya, milli-dini ayrı seçkilik ən inkişaf etmiş ölkələrdə belə qarşısıalınmaz sel kimi yayılmaqdadır. Xristian rəssamlar Məhəmməd peyğəmbərin karikaturasını çəkib tirajlayır, nümayişkaranə şəkildə müsəlmanların heysiyyəti ilə oynayırlar. Nəticəsi nə olur? Fransada “Şarl Hebdo” satirik jurnalına hücum edildi, 10-dan çox insan insidentin qurbanı oldu. Kimsə fitva verir, Qurani Kərimi yandırırlar. İslamın mahiyyəti təhrif olunur, dini ədavət qızışdırılır. Bəzən bu, bilərəkdən edilir, millətlər və dinlər arasına nifaq salmaq niyyəti güdülür. Bəzən isə emosiyalara qapılanlar bunun doğura biləcəyi ağır nəticələri nəzərə almırlar. Qəribədir ki, bu kimi hallar əsasən özünü demokratiyanın beşiyi adlandıran Qərbdən gəlir. İslam hümmətinin İsa peyğəmbərin karikaturasını çəkdiyi, yaxud onun barəsində hədyan danışdığını eşitmisinizmi? Hansısa müsəlman ölkəsində İncili, Tövratı yandıran olubmu? Hər halda son illər belə hadisələr baş verməyib.

Dünya sanki orta əsirlərin səlib yürüşləri dövrünə qayıdır. İyunun axırlarında AŞPA sessiyasında hollandiyalı deputat İslam dini haqqında olduqca mənfi və yanlış fikirlər söylədi. Həmin sessiyada iştirak edən azərbaycanlı deputat Qənirə Paşayeva buna biganə qala bilmədi və Faber Van de Klaşorsta qəti etirazını bildirdi. Rasizmin, dözümsüzlüyün hər zaman faciəli sonluqla nəticələndiyini, özünün bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşı olduğunu diqqətə çatdıran Qənirə Paşayeva Azərbaycanı misal çəkərək dedi: “Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olmaqla yanaşı, bu ölkədə təhsil, kütləvi informasiya vasitələri və digər vasitələrlə tolerantlığın daha da artması istiqamətində ciddi işlər görülür. Çünki biz hesab edirik ki, rasizmin və dini dözümsüzlüyün artdığı cəmiyyətlər mütləq ciddi problemlər və faciələrlə üzləşəcək. Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. Neonasizmə, dözümsüzlüyə, ksenofobiyaya əks qüvvə olan tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərlə mövcud olub”.

AŞPA-nın 25 iyun sessiyasına bir qədər geniş yer ayırmağım təsadüfi deyil. Həmin iclasda dini dözümsüzlüyün, islamafobiyanın səbəb ola biləcəyi ağır faciələrə dair xəbərdarlıqlar səslənirdi. Çox gözləmək lazım gəlmədi. Ertəsi gün, iyunun 26-da Tunisdə xarici turistlərə hücum oldu. Müsəlman gənc avtomatla 38 xristian turisti qətlə yetirdi. Yenə həmin gün Küveytdə şiə məscidi partladıldı. Onlarla insan öldü.

Milli-dini zəmində baş verən bu və digər qarşıdurmaların, terror hadisələrinin dözümsüzlükdən, fobiyalardan qidalandığı artıq heç bir şübhə doğurmur. O da şübhə doğurmur ki, müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur.

Əsəd Məmmədov

AZƏRTAC-ın müxbiri

Qeyd: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib