Bakı, 1 iyun, AZƏRTAC
Yanvar-aprel aylarında 48 min ton tomat ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən tomatın dəyəri 58,2 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 42,2 milyon dollar olmaqla 36,6 min ton tomat ixrac edilib.