Tonqa vulkanının püskürməsi dağıdıcı sualtı axınlara səbəb olub
Bakı, 9 sentyabr, AZƏRTAC
Keçən il Tonqa (Sakit Okeanda ada dövləti) yaxınlığında sunamiyə səbəb olan şiddətli vulkanın püskürməsi indiyə qədər qeydə alınan ən sürətli sualtı axınlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Science” jurnalında dərc olunan məqalədə bildirilir.
Britaniya Milli Okeanoqrafiya Mərkəzinin rəhbərlik etdiyi alimlər qrupu Tonqanın quru ilə əlaqəsini təmin edən sualtı telekommunikasiya kabellərinin zədələnməsi hallarını təhlil edib. Zərərin yeri və vaxtı müəyyən edilib ki, bu da sualtı axınların sürətini hesablamağa imkan verib.
Vulkan 100 kilometrdən çox yayılmış sualtı tullantıların böyük və sürətlə hərəkət edən axınını əmələ gətirib. Dağıdıcı axın dəniz dibinin formasını dəyişmiş və onun sürəti saatda 122 kilometrə bərabər olmaqla, zəlzələ, daşqın və ya tufan nəticəsində yaranan axınların sürətindən çox olmuşdur.
Yüksək sürətli sualtı cərəyanların yaranmasına səbəb püskürən vulkanik materialın sualtı okean yamaclarına axması olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]