ORDU
Topogeodeziya və hidroqrafiya ixtisası üzrə toplantı keçirilib
Bakı, 29 iyun, AZƏRTAC
2018-ci ilin hazırlıq planına əsasən, Naviqasiya və Kartoqrafiya İdarəsində topogeodeziya təminatının təşkili və hidroqrafiya işi üzrə ixtisaslı zabitlərlə toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plana əsasən idarənin mütəxəssis heyəti tərəfindən topogeodeziya avadanlığının və “Coğrafi analiz sistemi” proqramının funksiyaları barədə təlim məşğələləri təşkil edilib.
Məşğələlərdə “Coğrafi analiz sistemi” proqramında rəqəmsal xəritələr və üçölçülü modellərlə işləmə qaydası, məlumatların təhlili, əməliyyatlarda proqramın əsas funksiyaları barədə geniş məlumat verilib. Eləcə də xüsusi avadanlıqlardan istifadə olunmaqla ərazidə ölçmə işlərinin aparılması praktiki olaraq nümayiş etdirilib.