“TOTAL” ARDNŞ-İN XARİCDƏ KADR HAZIRLIĞI PROQRAMINA BÖYÜK MARAQ GÖSTƏRİR
T.Norman xalqımızı Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin rəsmi açılışı münasibətilə təbrik etmiş, ARDNŞ-in xarici ölkələrdə kadr hazırlığı proqramına “Total”ın böyük maraq göstərdiyini və həmin proqram çərçivəsində Dövlət Neft Şirkəti ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulamışdır.
Cehan-Erik Blumeru “Total” şirkətində xarici ölkələr üçün tələbə hazırlığı ilə bağlı təqaüd proqramı ilə məşğul olduğunu, dünyanın bir çox neft şirkətləri üçün kadr hazırlığına rəhbərlik etdiyini və ARDNŞ-lə işləməyə başlamasından dərin məmnunluq duyduğunu söyləmişdir. O, Fransada təhsil sistemi və bu sistem çərçivəsində “Total” şirkətinin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
R. Abdullayev şirkətin xaricdə kadr hazırlığı proqramının məqsəd və vəzifələri barədə qonaqları məlumatlandıraraq, onun çoxmərhələli xarakter daşıdığını söyləmişdir. O, Azərbaycan rəhbərliyinin “Total” şirkəti vasitəsilə Fransanın tanınmış universitetlərində magistratura, həm də bakalavr pillələri səviyyəsində kadr hazırlığına böyük əhəmiyyət verdiyini bildirmiş və göstəriləcək köməyə görə qonaqlara təşəkkürünü bildirmişdir.
R.Abdullayev əmin olduğunu bildirmişdir ki, “Total” şirkəti ilə ARDNŞ-in kadr hazırlığı proqramında əməkdaşlığı digər sahələrdəki kimi, tezliklə öz bəhrəsini verəcəkdir.