“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün beşinci mərhələsi start götürüb
Bakı, 8 may, AZƏRTAC
Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün beşinci - sonuncu mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan paytaxtının Azadlıq meydanından start götürən bu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu ilə 158 kilometr məsafə qət edəcəklər.
Xatırladaq ki, “Synergy Baku” dördüncü mərhələdən sonra komanda hesabında ikinci yeri tutur. Komandamız yarışların lideri “Felbermayr - Simplon Wels” (Avstriya) klubuna 1 dəqiqə 21 saniyəlik fərqlə uduzur.