Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuz döyüşləri düşmənə ordumuzun gücünü göstərmək üçün ciddi mesaj oldu – Şərh

Tovuz döyüşləri düşmənə ordumuzun gücünü göstərmək üçün ciddi mesaj oldu –  Şərh

Bakı, 15 iyul, AZƏRTAC

Tovuz döyüşlərinin səbəblərindən biri 30 il Azərbaycan ərazisini işğal altında saxlayan erməni təxribatçılarına qarşı beynəlxalq ictimaiyyətin etinasız münasibəti, cəzasızlıq abı-havası idi. Ümumiyyətlə, Tovuz hadisələri atəşkəs dövründə ən şiddətli döyüşlərdən biri hesab olunur. Düşmən iyul təxribatı zamanı layiqli cavabını aldı. Bu döyüşlər Azərbaycanın 44 günlük Vətən müharibəsində böyük Qələbəyə aparan ən uğurlu hərbi əməliyyatlardan biri oldu. İyulun 12-də Ermənistanın silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutmağa başladılar. Bu cəhdlər Goranboy istiqamətində də təkrarlanırdı. Tovuz döyüşünün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid oldu, beş nəfər yaralandı. Həmçinin Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itkilər verdi.

Bu barədə AZƏRTAC-a Tovuz döyüşlərini şərh edən hərbi ekspert, polkovnik-leytenant İbrahim Rüstəmov deyib.

O qeyd edib ki, həmin dövrlərdə Nikol Paşinyanın qeyri-konstruktiv mövqeyi, eyni zamanda, Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın beynəlxalq tədbirlərdə Azərbaycan dövləti, ordusu və torpaqları haqqında səsləndirdiyi cəfəng bəyanatlar Vətən müharibəsinə aparan əsas yol idi. Ermənistanın keçmiş müdafiə naziri ABŞ-da o zaman Azərbaycan ərazilərini geri qaytarmaq fikrində olmadıqlarını bildirmişdi. Hətta Azərbaycana qarşı yeni torpaq iddiaları ilə çıxış etmişdi. Bundan sonra Ermənistanın baş naziri də Şuşada Cıdır düzündə məsuliyyətsiz bəyanatı ilə onun sözlərini təsdiqlədi. O, Qarabağda 10 minlərlə erməni gəncinin silaha sarılaraq Azərbaycana qarşı yeni torpaq iddiaları ilə bağlı müharibəyə hazır olduğunu söyləmişdi. Ermənistan beynəlxalq təşkilatların qəbul etdiyi qərarları icra etmirdi və bütün bunlar hamısı son hədd idi. BMT Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçı siyasəti ilə bağlı bir sıra qətnamələr, mühüm sənədlər qəbul etmişdi və o sənədlər kağız üzərində qalmışdı. Hətta ATƏT-in Minsk qrupu Azərbaycana, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, turist kimi gəlib gedirdi və nəticə hasil olmurdu. Əlbəttə, bütün bunlar Azərbaycanın səbir kasasını daşdırdı.

İbrahim Rüstəmovun fikrincə, Tovuz döyüşlərindən bir neçə gün öncə həmin istiqamətdə Ermənistanın silahlı qüvvələrinin yerdəyişməsi müşahidə olunub. Bu onu göstərir ki, Ermənistan Tovuz döyüşlərini məqsədli və planlı şəkildə başlamışdı. Həmin günlərdə xalqımız düşmənin sayı-hesabı bilinməyən təxribatları nəticəsində şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola saldı. Tovuz döyüşlərində ordumuzun əsgər və yüksək rütbəli zabitləri igidlik nümunələri göstərərək erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə aldılar. Beləliklə, şəhidlərimizin qanları yerdə qalmadı, onların qisasları alındı. Prezident, Ali Baş Komandan İlham Əliyev həmin günlər Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırdı və ölkəmizin ərazi bütövlüyünün qorunacağını qətiyyətlə ifadə etdi.

“O vaxtlar ermənilər özləri haqqında o qədər böyük xəyallara düşmüşdülər ki, 44 günlük Vətən savaşından sonra hələ də özlərinə gələ bilmirlər. Ermənistan ordusu haqqında çox şişirdilmiş obraz yaratmışdılar. Hətta Ermənistanın sabiq prezidenti Robert Köçaryan çıxışlarının birində Tovuz döyüşlərinin Ermənistanın təxribatı nəticəsində baş verdiyini etiraf etmişdi.

Tovuz döyüşləri Azərbaycan Ordusunun taktikasının döyüş meydanında tətbiqinə, planlarının reallaşdırılması istiqamətində konkret addımlar atmasına səbəb oldu. Həmin döyüşlər Azərbaycanın ərazi bütövlüyünə aparan və xalqımızın iradəsini, gücünü vahid mərkəzdə - dövlətimizin başçısı ətrafında birləşdirən çox ciddi hadisə idi. Bu düşmən tərəfindən törədilmiş və cavabı verilmiş təxribat idi. Odur ki, iyul hadisələri düşmənə ordumuzun gücünü göstərmək üçün ciddi mesaj oldu. Beləliklə, ordumuz erməni təxribatlarının qarşısını alarkən 2020-ci ilin payızında 44 günlük haqq savaşına başladı”, - deyə polkovnik-leytenant xatırladıb.

Hərbi ekspert vurğulayıb ki, ümumiyyətlə, iyul hadisələrindən əvvəl ermənilər öz silahlı qüvvələri haqqında məğlubedilməz ordu, keçilməz Ohanyan səddi, Böyük Ermənistan dövləti kimi şişirdilmiş ideyalarla çıxış edirdilər. Bunların mənasız təxəyyül olduğunu biz Vətən savaşında onlara bir daha sübuta etdik. Bölmələrimiz 44 gün ərzində bu yenilməz ordunun bütün hərbi infrastrukturunu sıradan çıxardı. Nəticədə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Torpaqlarımızın böyük hissəsinin işğaldan azad olunması də məhz məğlubiyyətin qaçılmaz olduğunu bilən Ermənistanın könüllü şəkildə üç rayonumuzu geri qaytarması ilə nəticələndi. Ağdam, Kəlbəcər və Laçının heç bir itki vermədən azad olunması Azərbaycanın böyük uğurudur. Tovuz döyüşləri İkinci Qarabağ müharibəsinin başlaması, eyni zamanda, bu savaşda Zəfər qazanması üçün açar rolunu oynadı.

Üstündən üç il ötməsinə baxmayaraq, Ermənistanın təxribat xarakterli əməlləri artıq sistemli hal alıb və davam edir. Bu günlərdə də Ordumuzun müxtəlif istiqamətlərdəki mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşə tutulur. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə preventiv və adekvat cavab tədbirləri görülür, onlar susdurulurlar. Ümumiyyətlə, dövlətimizin Qarabağla bağlı konkret mövqeyi və planı var, siyasi və hərbi strateji layihələri var. Bu planlar və layihələr gec-tez reallaşdırılacaq. Düşmən bu məsələlərdə Azərbaycanın və ölkəmizin simasında türk dünyasının mövqeyi ilə barışmalı olduğunu nəhayət anlayacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub