Tovuz döyüşlərində qazanılan təcrübələr Vətən müharibəsindən əvvəl ciddi başlanğıc oldu
Bakı, 13 iyul, AZƏRTAC
Tovuz döyüşləri Ermənistanın ordu birləşmələrinin Azərbaycan dövlət sərhədində törətdiyi təxribatlarla başladı. Əgər bu bölgəyə diqqət yetirsək respublikanın bir sıra strateji əhəmiyyətli logistika yolları, enerji boru xətləri burdan keçməkdədir. Ola biləcək hər hansı bir uğursuzluq birbaşa ölkəmizin blokada vəziyyətinə gətirilib çıxarılmasına səbəb ola bilərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında hərbi analitik, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri Alparslan İmamqulu deyib.
“Təbii ki, 2020-ci ilin iyul hadisələri zamanı düşmən layiqli cavabını almış oldu. Mən deyərdim ki, bu döyüşlərdə əldə olunan təcrübələr, mənəvi-psixoloji vəziyyətdəki yüksəklik, ordu, xalq və dövlət həmrəyliyi 44 günlük Vətən müharibəsindən əvvəl ciddi bir başlanğıc idi. Nəticə etibarı ilə Tovuzda başlanan təxribatın cavabı düşmənə layiqincə Şuşada verilmiş oldu. Otuz illik işğal altında olan digər torpaqlarımız da azad olundu”, - deyə A.İmamqulu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.09.2026 [21:12]
Memar: Şuşanın hər bir daşı milli kimliyimizin və tariximizin şahididir
- 05.09.2026 [20:51]
Esmira Fuad: Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir
- 05.09.2026 [20:33]
Hər bir daş, divar, tarixi məkan xalqımızın yaddaşının parçasıdır - AÇIQLAMA
- 05.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.09.2026 [19:39]
O yazılar tarixi mənzərəni zədələyir - RƏY
- 05.09.2026 [18:48]
Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
- 05.09.2026 [15:29]
“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb
- 04.09.2026 [23:52]