Tovuzda otla dolu yük maşını yanıb VİDEO
Tovuz, 20 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzun Aşağı Mülkülü kəndində yanğın hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, kənd sakini Ramin Cəfərova məxsus otla dolu olan “QAZ 53” markalı yük maşını anidən yanıb. Dərhal hadisə yerinə rayon FHN yanğınsöndürən xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Şahidlərin dediyinə görə, yanğına yük maşınının elektrik naqillərinə toxunması səbəb olub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız hala düşüb. Yanğın zamanı yaxınlıqdan keçən internet kabelləri də sıradan çıxıb.
Faktla bağlı araşdırma aparılır.