TQDK-NIN NÜMAYƏNDƏ HEYƏTİ TESTLƏ BAĞLI ABŞ-DA KEÇİRİLƏN TƏDBİRDƏ İŞTİRAK EDƏCƏK
Proqramdan məqsəd Qərb standartlarına daha uyğun gələn imtahan strukturunun təkmilləşdirilməsində təcrübə qazanmaq, testin hazırlanması, aparılması və imtahanın nəticələrinin yoxlanılması işinin yaxşılaşdırılması, tədqiqat metodologiyası sahəsində zəruri biliklər əldə etmək, təhsil sistemində korrupsiya məqamlarını müəyyənləşdirmək və bu problemi aradan qaldırmaq yollarını araşdırmaqdır.
Proqram iştirakçıları ABŞ-ın test və ali məktəblərə tələbə qəbulu sistemi ilə də tanış olacaqlar.