Tramp sui-qəsd cəhdinin təhqiqatından məmnun olduğunu bildirib
Bakı, 13 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə bir il əvvəl ona qarşı sui-qəsd cəhdinin araşdırılmasının nəticələrindən ümumilikdə razı olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində məsələ ilə bağlı sualı cavablandırarkən deyib: "Mən dəfələrlə həm FTB, həm də Məxfi Xidmət tərəfindən məlumatlandırılmışam. Onlar mənə məlumat veriblər və mən bundan razıyam".
Amerika lideri sui-qəsdin onun müdafiəsinə cavabdeh olan şəxslərin bir neçə səhvinin nəticəsi olduğuna diqqət çəkib.
Tramp cinayətkarı tez aradan qaldırmağı bacaran snayperi də qeyd edib. "Bizim snayperimiz onu beş saniyədən az bir müddətdə bir atışla uzaq məsafədən vura bildi. Əgər bunu etməsəydi, vəziyyət daha da pis olardı", - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]