Tramp: Tezliklə Pikaks dağına zərbə endirəcəyik
Vaşinqton, 14 iyul, AZƏRTAC
Prezident Donald Tramp ABŞ-nin İrandakı Pikaks dağını məhv edəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp “The Hugh Hewitt Show”ya verdiyi müsahibədə deyib.
"Biz Pikaks dağını məhv edəcəyik. İranlılara hazır olmalarını deyin. Pikaks dağını diqqətlə izləyirik. Orada hələ heç bir fəaliyyət görmürük. Onların nüvə vəziyyəti ilə bağlı işləri yaxşı getmir. Hər dəfə bu barədə nəsə eşidəndə onu partladırıq. Ona görə də onlar bu barədə danışmağı xoşlamırlar. Amma yəqin ki, tezliklə Pikaks dağına zərbə endirəcəyik", - deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]