Tubuxanım Qasımzadə: “AMEA-nın Əziz Səncər döş nişanı” ilə təltif olunmağım mənim üçün böyük şərəfdir
Bakı, 8 sentyabr, AZƏRTAC
“AMEA-nın Əziz Səncər döş nişanı” ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu mükafata gənc alimlər arasında ilk layiq görülənlərdən biriyəm.
Bunu AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin müdiri biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə söyləyib.
“Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə və həmin dövrdə 50 yaşına qədər yeganə biologiya elmləri doktoru olduğum üçün bu böyük şərəfə layiq görüldüm”, – deyə alim vurğulayıb.
Tubuxanım Qasımzadə Prezident İlham Əliyevin Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif etməsinin gənc alimlər üçün böyük motivasiya olduğunu bildirib.
“Azərbaycan Prezidentinin hər bir addımı, hər bir qərarı gənclər üçün nümunədir. Əziz Səncərin təltif edilməsi də hər birimiz üçün böyük motivasiyadır. Prezident elmə, alimlərə hər zaman böyük diqqət göstərib. Biz bunu daim hiss edirik”, – deyə T.Qasımzadə əlavə edib.
Əziz Səncərlə şəxsi tanışlığından da danışan müsahibimiz onun yüksək intellekti, dərin mədəniyyəti və insani keyfiyyətləri ilə yadda qaldığını söyləyib: “Birlikdə çəkdirdiyimiz şəkillər, xatirələrimiz var. O, dahi alim olmaqla yanaşı, çox böyük mədəniyyətə malik insandır. Elə gözəl təəssüratlar yaratdı ki, düşünürəm ömrümüzün sonuna qədər həmin ünsiyyəti unutmayacağıq. Dahi alim, böyük insan, gözəl qəlbli şəxsiyyət kimi onu hər zaman xatırlayacağıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [20:18]
Akademik: Əziz Səncər elmi əməkdaşlığa xüsusi diqqət göstərir
- 08.09.2026 [20:11]
Cihangir İşbilir: Əziz Səncər Türk dünyasının qürur mənbəyidir
- 08.09.2026 [18:57]
Əziz Səncər: Türk dünyasının qarşısında yeni vəzifələr dayanır
- 08.09.2026 [18:20]