ORDU
“TurAz Qartalı - 2015” birgə təlimləri çərçivəsində döyüş atışları icra olunub VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
Müdafiə Nazirliyinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanın və Türkiyənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları praktiki döyüş atışlarını icra ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb və hava hədəfləri izlənməyə götürülüb. Təlimin əsas mərhələsində S-125 tipli zenit raket komplekslərinin döyüş və texniki heyətinin məharəti nəticəsində döyüş atışlı zərbələrlə hava məkanını pozan şərti düşmənin imitasiya hədəfləri dərhal məhv edilib.
Təlimdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.