“TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində ətrafı tanıma uçuşları keçirilir
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində “TURAZ Şahini - 2018”birgə taktiki-uçuş təlimləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə iştirak edən pilotlar ətrafı tanıma uçuşlarını həyata keçiriblər.
Uçuşlardan əvvəl təyyarəçilər üçün təlimin qaydaları barədə müxtəlif brifinqlər təqdim olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.