“Türbət” Mədəniyyət Mərkəzinin rəhbəri: Qarabağda ilk sərgimizi təqdim edirik
Kəlbəcər, 25 noyabr, Abdulla Suvar, AZƏRTAC
Bu gün Qarabağda ilk sərgimizi təqdim edirik. Burada miniatürlərimizi sədəf üzərində mikromozaika üslubunda hazırlayırıq. İşimiz çox unikaldır. Mövzular qədim Azərbaycan miniatürlərindən götürülərək sintez olunur və müasirləşdirilir.
Bunu AZƏRTAC-a açıqlamasında “Türbət” Mədəniyyət Mərkəzinin rəhbəri memar-dizayner Xatirə Tapdıqova deyib. Onun sözlərinə görə, işlərində musiqi alətləri, qadın bərabərliyi və xalçalar mövzusu əks olunur, bəzən isə suvenir variantında təqdim edilir. Eyni zamanda, layihə tarixi muzeylərdəki xalçaların təbliğatına da xidmət edir.
X.Tapdıqova bildirib ki, o, 30 ildən artıqdır bu fəaliyyətlə məşğuldur və bir çox beynəlxalq sərgilərdə iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]
Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib
- 08.06.2026 [08:35]
Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar
- 07.06.2026 [21:36]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [18:34]