“Turizm ili” ilə bağlı tədbirlər planı hazırlanmışdır
Bakı, 21 fevral (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlamışdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, turizmin inkişafı ilə bağlı bir çox tədbir və layihələri əhatə edən sənəd yaxın günlərdə dövlətimizin başçısına təqdim olunacaqdır.
Bütövlükdə Azərbaycanda turizmin inkişafına yönəlmiş tədbirlər planının tərkibinə irimiqyaslı beynəlxalq layihələrin gerçəkləşməsi ilə yanaşı, tarixi abidələrin qorunmasını nəzərdə tutan proqramlar da daxil edilmişdir. Plan, eyni zamanda, əhalinin, regionların, bütün dövlət və qeyri-dövlət təşkilatlarının turizmin inkişafına dəstək verməsini nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]