Türk şahinlərinin Bakı səmasında uçuşları xalqlarımızın qardaşlığının növbəti göstəricisidir
Bakı, 26 iyun, AZƏRTAC
Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak edir.
AZƏRTAC xəbər verir ki, iyunun 26-da hərbi paraddan sonra “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələr Bakı buxtası üzərində nümunəvi uçuşlar keçiriblər.
Uçuşları paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da izləyib.
Qardaş ölkənin şahinlərinin nümunəvi uçuşları maraqla qarşılanıb.
Türk şahinlərinin Bakı səmasında uçuşları xalqlarımızın qardaşlığının növbəti göstəricisidir.