Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə olunub
İstanbul, 2 dekabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşüb.
Türkiyə parlamentində keçirilən görüşdə təşkilatın fəaliyyətinin tarixi əhəmiyyət daşıdığı qeyd olunub və onun işinin gücləndirilməsi ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul