Türkiyə ABŞ-la ticarət mübadiləsini 100 milyard dollara çatdırmağı hədəfləyir
Bakı, 15 iyul, AZƏRTAC
Ankara ikitərəfli münasibətlərin aktivləşdirilməsi barədə Rəcəb Tayyib Ərdoğan və Cozef Baydenin NATO-nun Vilnüs sammiti çərçivəsində baş tutan danışıqları fonunda ABŞ-la ticarət mübadiləsini 100 milyard dollaradək artırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin maliyyə naziri Mehmet Şimşek G20 ölkələrinin maliyyə qurumları və mərkəzi bankları rəhbərlərinin iyulun 17-18-də Hindistanda keçiriləcək görüşündə amerikalı həmkarı Canet Yellenlə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etməyi planlaşdırır.
2022-ci ildə Türkiyə və ABŞ arasında ticarət dövriyyəsinin həcmi 34 milyard dollar təşkil edib. Türkiyə hakimiyyəti ticarət dövriyyəsinin artırılması tərəfdarı olduğunu dəfələrlə bildirib. Lakin Ankaraya F-16 qırıcılarının satılması məsələlərində fikir ayrılıqları, Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasından sonra ölkənin F-35 qırıcılarının istehsalı proqramından çıxarılması və Türkiyə ilə Yunanıstan münasibətlərində yaşanan problemlər buna maneə yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]