Türkiyə-Azərbaycan birgə təlimində iştirak edən hərbi kontingent Naxçıvana qayıdıb
Bakı, 4 iyun, AZƏRTAC
Qars şəhərində keçirilən Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birgə taktiki təlimin sonuncu günü “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.
Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı, ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlikləri ilə nümayəndə heyətləri iştirak ediblər.