TÜRKİYƏ PREZİDENTİ “AZƏR-TÜRK” BANKININ GƏNCƏ FİLİALININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabrın 8-də Türkiyə Prezidenti Abdullah Gül “Azər-Türk” bankının Gəncə filialının açılışında iştirak etmişdir.
Açılış mərasimində Arap Özmən bankı idarə heyətinin sədri Mehmet Cami, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı idarə heyətinin sədri Məmməd Musayev, Türkiyənin Ziraat bankı idarə heyətinin sədri Sami Akın Çağlar çıxış edərək, bankın fəaliyyəti barədə məlumat verdilər.
Türkiyə Prezidenti Abdullah Gül və xanımı Hayrünnisa Gül açılışı bildirən rəmzi qırmızı lenti kəsdilər və kollektivə gələcək fəaliyyətində uğurlar arzuladılar. Sonra türkiyəli qonaqlar filialın şöbələri ilə tanış oldular.