Türkiyə Prezidenti ilə Ermənistanın baş naziri Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər

İstanbul, 20 iyun, Günel Karatepe, AZƏRTAC
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla İstanbulda görüşü ilə bağlı açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, məlumata əsasən, qəbul zamanı başda Türkiyə ilə Ermənistan arasındakı təmaslar da daxil olmaqla, Cənubi Qafqazdakı sülh və dialoq prosesi, o cümlədən regiona aid aktual məsələlər müzakirə olunub.
Prezident Ərdoğan görüşdə Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqlarının əhəmiyyətinə diqqət yönəldib. Türkiyənin bölgənin “qazan-qazan” prinsipi ilə inkişaf etdirilməsi istiqamətində görülən səylərə hər cür dəstəyi göstərməyə davam edəcəyini bildirib.
Danışıq zamanı Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi çərçivəsində atıla biləcək addımlar da müzakirə olunub.
Prezident Ərdoğan, Türkiyənin yalnız Qafqazda deyil, bütün regionda sabitliyin təmin olunması üçün diplomatiyanın imkanlarından tam istifadə etdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.07.2025 [20:11]
Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb
- 09.07.2025 [19:34]
Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq
- 09.07.2025 [18:45]
Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib
- 09.07.2025 [17:42]
Polşanın milli müdafiə naziri: Baltik dənizi NATO-nun daxili dənizidir
- 09.07.2025 [17:26]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 09.07.2025 [16:59]