Türkiyə Prezidenti müsəlman aləmini islamofobiya ilə mübarizədə səyləri birləşdirməyə çağırıb
Bakı, 9 iyul, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrində getdikcə güclənən ksenofobiya və islamofobiya ilə mübarizədə səyləri birləşdirməyə çağırış edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə dövlətinin başçısı Şimali Amerikanın Pakistanlı Həkimlər Assosiasiyasının (APPNA) 46-cı illik toplantısına videomüraciətində deyib: “Qurban bayramının birinci günündə müqəddəs kitabımız “Qurani-Kərim”ə qarşı İsveçdə edilən mənfur hərəkət islamofobiyanın qorxunc təzahürüdür. Bütün müsəlman aləmi belə halların təkrarlanmaması üçün səyləri birləşdirməlidir”.
Rəcəb Tayyib Ərdoğan İslam dünyasına müraciətində vurğulayıb: “Türkiyədə sərt reaksiya verdiyimiz bu cür halların təkrarlanmaması üçün hamımızın, bütün müsəlmanların üzərinə böyük məsuliyyət düşür. Əgər biz bir ürək, bir yumruq kimi birləşsək, dünyada heç kəs müsəlmanların müqəddəs rəmzlərinə qarşı hücuma cürət edə bilməz”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]