SİYASƏT
Türkiyə Prezidentinin Bakıya səfəri Rumıniya mətbuatı tərəfindən geniş işıqlandırılıb
![](/files/galleryphoto/2023/2/1200x630/16867528712219663643_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867528713017142104_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867528715070327891_1200x630.jpg)
Buxarest, 14 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, dövlət başçılarının mətbuata açıqlamaları Rumıniya KİV-lərinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, ölkənin nüfuzlu “Digi24” televiziya kanalı və internet portalı, “Adevarul” nəşri, “Evenimentul Zilei” qəzetində səfərlə bağlı silsilə materiallar dərc olunub.
Rumın dilində yayılan məlumatlarda iki ölkə qarşısında duran vəzifələr və əldə olunacaq uğurlar, xüsusən də Azərbaycan qazının nəqli, Zəngəzur dəhlizi, Şuşada Türkiyə Respublikasının konsulluğunun açılacağı barədə dövlət başçılarının fikirləri geniş yer alıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest