TÜRKİYƏ RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ ABDULLAH GÜL PREZİDENT HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞDİR
Abdullah Gül Prezident Heydər Əliyevin məzarı üzərinə öz adından əklil qoymuş, mərhumun ruhuna dua oxumuşdur.
Xarici işlər naziri ilə birlikdə ölkəmizə səfərə gəlmiş türkiyəli iş adamları da Prezident Heydər Əliyevin məzarını ziyarət etmiş, ona ehtiramlarını bildirmişlər.
Abdullah Gül və nümayəndə heyətinin üzvləri, Zərifə xanım Əliyevanın da məzarının önünə gələrək xatirəsini yad etmişlər.
Türkiyə Respublikasının xarici işlər naziri Abdullah Gül Şəhidlər xiyabanını, türk əsgərlərinin xatirə kompleksini və Prezident Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edərkən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, qardaş ölkənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz və Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev müşayiət etmişlər.