Türkiyə şirkəti Özbəkistan iqtisadiyyatına iki milyard dollar məbləğində sərmayə qoyacaq
Daşkənd, 11 mart, AZƏRTAC
Türkiyənin “Renessas Holdinq” mühəndislik və tikinti şirkəti Özbəkistan iqtisadiyyatına 2 milyard dollar həcmində sərmayə qoyacaq.
AZƏRTAC xəbər verir ki, “Renessas Holdinq” Daşkənd, Səmərqənd və Fərqanə şəhərlərində müasir çoxprofilli klinikalar tikəcək. Tibb müəssisələri hazır olduqdan sonra Türkiyə tərəfi bu klinikaların idarə olunmasında yaxından iştirak edəcək. Bu klinikalarda yüksək ixtisaslı tibbi kadrlar da hazırlanacaq.
Bundan başqa, şirkət Daşkənd şəhərinin metallurgiya müəssisələrinin bazasında ildə 60 milyon ton məhsul istehsal edən iki müasir mis-mədən fabriki tikməyi də öhdəsinə götürüb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]