Türkiyə Superliqası: "Fənərbağça" səfərdə "Ərzurumspor"a minimal hesabla qalib gəlib
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyunlarında "Ərzurumspor" və "Ankaragücü" öz meydanlarında müvafiq olaraq "Fənərbağça" və “Sivasspor”la üz-üzə gəliblər.
"Kazım Qarabəkir" stadionunda keçirilən "Ərzurumspor" - “Fənərbağça” görüşü gərgin hücumlarla yadda qalsa da, birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissəyə fəal başlayan İstanbul təmsilçisi görüşün 59-cu dəqiqəsində Viktor Mozesin penalti zərbəsindən vurduğu qol sayəsində hesabda önə keçib - 0:1. Oyun elə bu hesabla başa çatıb.
Ankarada keçirilən "Ankaragücü" - "Sivasspor" matçında isə meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, “Qalatasaray” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. "Fənərbağça" isə 43 xalla 8-ci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]