Türkiyə telekanalı Krımın Azərbaycan diasporundan söz açacaqdır
Bakı, 10 fevral (AZƏRTAC). Türkiyənin “TRT-Avaz” telekanalı Krımın Azərbaycan diasporu barədə böyük veriliş hazırlayır. Bu barədə AZƏRTAC-a Krımın Azərbaycan İcmasının başçısı Rəhim Hümbətov məlumat vermişdir.
Rus, türk və ingilis dillərində informasiya təqdim edən QNA İnformasiya Agentliyi (“Krım xəbərləri” agentliyi) “TRT-Avaz” telekanalı üçün hazırladığı “Kırımdan yansılar” (“Krım aynası”) proqramı çərçivəsində Krımda Azərbaycan diasporunun nümayəndələrinin fəaliyyətini işıqlandırmışdır.
Azərbaycan diasporu “Kırımdan yansılar” proqramının 70-ci yubiley buraxılışının mövzusu olmuşdur. Yarım saatlıq verilişdə Azərbaycan diasporu, milli adət-ənənələrimiz barədə məlumat verilir, Krım iqtisadiyyatının müxtəlif sahələrində çalışan azərbaycanlılar barədə söhbət aparılır.
“TRT-Avaz” telekanalının efirində 2013-cü ildən nümayiş etdirilən “Kırımdan yansılar” həftəlik proqramdır. Bu vaxtadək proqramda yarımadadakı ayrı-ayrı coğrafi yaşayış məntəqələrindən, onun görməli yerlərindən, mədəni-tarixi obyektlərindən, Krım sakinlərindən söz açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]