Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
İstanbul, 24 aprel, Günel Karatepe, AZƏRTAC
1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə və beynəlxalq hüquqa zidd şəkildə verilən bəyanatları tamamilə rədd edirik. Keçmişdə yaşanmış ağrı-acıları siyasi məqsədlərlə istismar etməyə yönəlmiş bu cür cəhdlərin heç bir hüquqi və mənəvi əsası yoxdur.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mövzu ilə bağlı bəyanatında yer alıb.
Bildirilib ki, Türkiyə həm qlobal səviyyədə, həm də öz regionunda daim sülhü, dialoqu, qarşılıqlı anlayışı və ortaq rifahın inkişafını müdafiə edib. “Ölkəmiz bu anlayış çərçivəsində 1915-ci il hadisələrinin ədalətli və elmi şəkildə araşdırılması məqsədilə arxivlərini açmış və Ortaq Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Radikal dairələrin tarixdən düşmənçilik yaratmaq cəhdlərinin təşviq edilməməsinin zəruriliyini bir daha xatırladaraq Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinə dəstək çağırışımızı təkrar edirik”, - deyə Türkiyə XİN bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]