Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ-YUNANISTAN QAZ KƏMƏRİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli Baş nazirlər!

Hörmətli nazirlər!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və bu tarixi hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

Bu gün Türkiyə və Yunanıstan arasında qaz xətlərinin birləşməsi bölgəyə yenilik gətiribdir, yeni əməkdaşlıq imkanları gətiribdir. Enerji sahəsində mövcud olan əməkdaşlığın yeni formatı yaranıb və mən əminəm ki, bu başlanğıc çox uğurlu olacaqdır. Bu, birinci addımdır. Mən şübhə etmirəm ki, bundan sonra yeni addımlar atılacaq və bölgədə sabitliyin, bölgədə əməkdaşlığın, təhlükəsizliyin, o cümlədən enerji təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlər görüləcəkdir.

Mən çox şadam ki, bu gün Azərbaycan qazı ilk dəfə olaraq, Avropa İttifaqı bazarına çatdırılır. Azərbaycan qədim neft ölkəsidir. İlk dəfə dünyada sənaye üsulu ilə neft XIX əsrin ortalarında Azərbaycanda hasil edilibdir. Eyni zamanda, dənizin dibindən də ilk dəfə olaraq nefti məhz Azərbaycan neftçiləri XX əsrin ortalarında hasil etmişlər. Yəni, Azərbaycanın neft tarixi çox zəngindir. Ancaq qaz ölkəsi kimi Azərbaycan təzə-təzə özünü dünyaya təqdim edir. Biz o ölkəyik ki, hələ keçən il xaricdən 4,5 milyard kubmetr qaz idxal edirdik. Amma Azərbaycanda aparılan böyük işlərin nəticəsində, neft strategiyasının icrası nəticəsində, Azərbaycanda böyük qaz yataqlarının kəşfi və işlənilməsi nəticəsində bu gün Azərbaycan artıq qaz idxal etmir, əksinə, öz qazını qonşu ölkələrin bazarlarına ixrac edir. İndi Azərbaycan üç ölkəyə - Gürcüstana, Türkiyəyə və bu gündən Yunanıstana qazın ixracı ilə məşğuldur. Azərbaycan qazı bundan sonra başqa ölkələrə ixrac ediləcəkdir və beləliklə, həm bizim maraqlarımız, həm tranzit ölkələrin maraqları təmin olunacaq və əlbəttə ki, həm də istehlakçıların maraqları təmin ediləcəkdir. Bu gün üç ölkənin əməkdaşlığı məhz bu formatda müşahidə olunur: istehsalçı, tranzit ölkə və qazı istehlak edən tərəf. Üç tərəf vahid formatda öz səylərini birləşdirir. Üç tərəfin maraqları tam şəkildə təmin olunur və əminəm ki, bu, bütün başqa bölgələr üçün nümunə ola bilər. Bizim əməkdaşlığımızın başlanğıcı çox uğurludur və mən əminəm ki, gələcəyi də uğurlu olacaqdır.

1994-cü ildə Azərbaycan xarici neft şirkətlərini ölkəyə dəvət etməklə Xəzər dənizinin neft-qaz yataqlarını dünya bazarına açdı. Bugünkü hadisə də öz başlanğıcını məhz 1994-cü ildən götürür. Daha doğrusu, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyi və öz təbii sərvətlərinə sahib olduğu 1991-ci ildən.

Biz ardıcıl olaraq, artıq 13 ildir ki, neft-qaz siyasətimizi elə aparırıq ki, ölkənin bütün maraqları təmin edilsin və bizim üçün dost, qonşu ölkələrin maraqları da təmin olunsun. 1994-cü ildə əgər “Əsrin müqaviləsi” imzalanmasaydı, təbii ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunmazdı. Əgər o olmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa olunmazdı və bu gün biz “Şahdəniz” yatağından qaz hasilatına nail ola bilməzdik. Yəni bütün bu məsələlər bir-biri ilə bağlıdır. “Şahdəniz” qaz yatağından çıxarılan böyük həcmdə qaz uzun illər ərzində həm Azərbaycan xalqına, həm də qardaş, dost ölkələrin xalqlarına xidmət edəcəkdir.

Azərbaycanda neft-qaz ehtiyatları çox böyük həcmdədir. Təkcə “Şahdəniz” qaz yatağından biz 1 trilyon 200 milyard kubmetr qaz hasil etmək fikrindəyik, yəni son hesablamalar bunu göstərir. Azərbaycandakı digər qaz yataqlarında da kifayət qədər ehtiyatlar vardır və bu günə ancaq təsdiq edilmiş rəqəm təxminən 2 trilyon kubmetrdir. Ancaq biz keçmiş təcrübədən bilirik ki, işlər getdikcə, yeni quyular qazıldıqca, əlbəttə ki, bu həcmlər daha da artır. Yəni bundan sonra uzun illər ərzində Azərbaycan həm öz enerji təhlükəsizliyini tam şəkildə təmin edəcək, həm də tərəfdaşlarımızın enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.

Mən bugünkü hadisəni eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində mühüm hadisə kimi qiymətləndirirəm. Bir il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanmışdır və artıq bir ildir biz bu memorandumun icrası ilə məşğuluq.

Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəlidir. Bizim münasibətlərimizi qardaşlıq münasibətləri kimi səciyyələndirmək mümkündür. Biz bütün sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edirik. 10 ildən artıqdır ki, bu sahədə çox böyük işlər görülübdür, “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunur. Ceyhan limanında böyük terminal tikilibdir və gələcəkdə böyük işlərin görülməsi nəzərdə tutulur. “Şahdəniz” yatağından çıxarılan qazı biz Türkiyə ərazisi ilə dünya bazarlarına çatdırırıq. Yəni bu münasibətlərin artıq böyük tarixi var.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq yeni yaranır və bunda Yunanıstanın rolu çox önəmlidir. Yunanıstan Avropa İttifaqının ilk ölkəsidir ki, bu sahədə bizimlə əməkdaşlıq edir və biz bu əməkdaşlıqdan çox razıyıq, çox məmnunuq. Əminəm ki, Yunanıstanla Azərbaycan arasında mövcud olan dostluq münasibətləri, o cümlədən enerji sahəsində əməkdaşlıq daha da genişlənəcək və bütövlükdə bölgədə yeni bir əməkdaşlıq formatı yaradılacaqdır.

Biz neft-qaz yataqlarımızın işlənilməsinə başlayanda heç təsəvvür edə bilmirdik ki, nə vaxtsa, Azərbaycan qazı Avropa bazarına çıxarılacaqdır. Biz o vaxt sadəcə olaraq, zəngin yataqlarımızdan çıxarılacaq nefti, qazı qonşu ölkələrin bazarına çatdırmaq fikrində idik. Hesab edirdik ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft, qaz kəmərlərinin tikintisi ilə bu sahədə işlərimiz artıq tamamlanıbdır. Yəni biz bütün istədiyimizə nail olmuşuq, qarşımızda duran bütün vəzifələri icra etmişik və bundan sonra Azərbaycan xalqı və Azərbaycan dövləti bu gözəl imkanlardan uzun illər ərzində istifadə edəcəkdir. Ancaq gördüyünüz kimi, 1994-cü ildə Azərbaycanda bağlanmış ilk neft müqaviləsi bu gün yeni məsələlərin ortaya çıxmasına xidmət göstərir. Mən əminəm ki, növbəti illərdə, - bu, bizim planlarımızda var, - Avropa-Azərbaycan enerji dialoqu daha da güclənəcəkdir. Avropa İttifaqının üzvü olan ölkələrlə enerji sahəsində müttəfiqliyimiz davam etdiriləcəkdir. Yeni layihələr, yeni məsələlər ortaya çıxacaqdır. Neft, qaz hasil edən ölkə kimi indi biz bütün layihələrdə fəal iştirak edirik və bütün layihələri öz tərəfdaşlarımızla birlikdə icra etməyə qadirik.

Mən bugünkü hadisəyə bu geniş prizmadan yanaşıram. Əminəm ki, bu gün burada, Türkiyə-Yunanıstan sərhədində yaranan yeni əməkdaşlıq formatı daha da genişlənəcəkdir. Bu formata yeni ölkələr daxil olacaqdır. Əməkdaşlığın yeni formaları üzə çıxacaqdır. Beləliklə, həm Xəzər dənizi, Qafqaz, Türkiyə, Avropada - bu bölgədə əməkdaşlıq, təhlükəsizlik daha da güclənəcək və xalqlar bir-birinə daha da sıx bağlı olacaq və həm də bu layihələrdə iştirak edən bütün xalqlar bundan faydalanacaqlar.

Azərbaycan Respublikasının Prezidenti kimi mən bu gun çox şadam ki, Azərbaycanın enerji siyasəti əməkdaşlığın dərinləşməsinə xidmət edir, ölkələrin dostluğuna və gələcək əməkdaşlıq perspektivlərinə xidmət edir.

Bu gözəl hadisə münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik etmək istəyirəm. Məni bu gözəl mərasimə dəvət etdiyinə görə əziz qardaşım Rəcəb Tayyib Ərdoğana öz təşəkkürümü bildirmək istəyirəm. Biz dünən Bakıda idik, birlikdə Türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında iştirak edirdik. Dünən axşam İstanbula gəldik. Bu gün birlikdə buraya gəldik və dostumuz, Baş nazir Karamanlis ilə görüşdük. Yəni bu, bir daha onu göstərir ki, bizim aramızda olan münasibətlər çox böyük təsir gücünə malikdir, yeni ölkələri əhatə edir, yeni məsələlər üzə çıxır və əməkdaşlıq, dostluq, tərəfdaşlıq güclənəcəkdir.

Bir daha sizin hamınızı ürəkdən təbrik edirəm, xeyirli olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub