TÜRKİYƏDƏ 41 NƏFƏR ƏCNƏBİ HƏBS EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 28-də Türkiyənin Van vilayət polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ölkəyə qeyri-qanuni yolla gələn 41 nəfər Əfqanıstan, Banqladeş, Pakistan və İraq vətəndaşı yaxalanmışdır. Bu şəxslər adam qaçaqmalçılarına 8-10 min ABŞ dolları məbləğində vəsait ödəyərək, qeyri-qanuni yollarla əvvəlcə Türkiyəyə gəlmək, sonra isə iş tapmaq ümidi ilə Avropa ölkələrinə getmək niyyətində olmuşlar.
Van əyalətinin polis rəisi Tacəddin Kurtun verdiyi məlumata görə, son vaxtlar adam qaçaqmalçılığı narkotik maddə ticarətindən daha əlverişli hesab edilir. Həbs olunan qaçaqlar öz ölkələrinə qaytarılacaqlar. Ən vacib məsələ isə Türkiyədə bu işlə məşğul olan şəxslərin aşkara çıxarılmasıdır.
Faktla əlaqədar araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]