Türkiyədə ağır yol qəzası baş verib
Ankara, 2 aprel, AZƏRTAC
Aprelin 2-nə keçən gecə Türkiyənin Yalova vilayətindən Erzincan şəhərinə gedən sərnişin avtobusu İmranlı rayonunda aşıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, nəticədə iki nəfər həlak olub, 18 sərnişin yaralanıb.
Qəzanın səbəbləri araşdırılır.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə bildirib ki, doqquzgünlük Ramazan bayramının ilk üç günündə ölkədə 663 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 27 nəfər ölüb, 3619 vətəndaş yaralanıb.
Nazir ölkə vətəndaşlarını səyahət zamanı diqqətli olmağa çağırıb. “Yollar insanları insanların həyatını məhv etmək üçün deyil, onları birləşdirmək üçün yaranıb. Qaydalara əməl edin və bayram sevincini matəmə çevirməyin”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]