TÜRKİYƏDƏ GƏMİ QƏZASI BAŞ VERMİŞDİR
Türkiyənin Mersin limanından çıxaraq Kipr adası istiqamətində hərəkət edən “Delfin-2” adlı gəmi-bərə Karpaz burnu yaxınlığında qəzaya uğramışdır. Bərədə əsasən kömür daşıyan 7 yük maşını və digər mal və materiallarla dolu konteynerlər var idi. Türkiyənin Aralıq dənizindəki Sahil Təhlükəsizliyi Komandanlığının iki gəmisi və bir vertolyotu bərədən alınan SOS çağrışına dərhal cavab verərək müvafiq xilasetmə əməliyyatına başlamışdır. Bərədə olan 27 nəfərdən 25-i xilas edilmişdir. 900 tonluq bərə isə daşıdığı yüklə birlikdə batmışdır. İki nəfərin taleyi haqqında məlumat yoxdur. Qəzanın səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]