Türkiyədə kibercinayətlərdə şübhəli bilinən 350 nəfər saxlanılıb
Ankara, 11 iyul, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya kibercinayətlərdə şübhəli bilinən 350 nəfərin saxlanıldığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən əməliyyat həftə ərzində ölkənin 21 vilayətində davam edib.
Daxili işlər nazirinin verdiyi məlumata görə, saxlanılan şəxslərin 99-u barəsində məhkəmə instansiyalarının hökmü ilə həbs qətimkan tədbiri seçilib. Onlara qarşı dələduzluq, qadağan olunmuş bukmeyker fəaliyyəti, vətəndaşların bank hesablarına qanunsuz müdaxilə və digər ittihamlar irəli sürülüb.
Saxlanılan şəxslərdən, həmçinin qeydiyyata alınmamış odlu silah və narkotik maddələr aşkar edilərək götürülüb. Bununla yanaşı, 7 nəqliyyat vasitəsi, bir kommersiya obyektinə həbs qoyulub. Onların qanunsuz gəlirlərlə əldə olunduğu bildirilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]