Türkiyədə koronavirusdan bir gündə 37 nəfər dünyasını dəyişib
Ankara, 30 mart, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 168 nəfərə çatıb. Onların 37 nəfəri martın 30-da vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. O qeyd edib ki, bu gün ümumilikdə 11 min 535 nəfər üzərində müayinə aparılıb. Ölkə üzrə 10 min 807 nəfər infeksiyadan müalicəyə cəlb olunub. Xəstələrdən 725 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Türkiyədə (COVID-19) ilə mübarizə tədbirləri çərçivəsində ümumilikdə 76 min 981 nəfər testdən keçirilib. Müalicəyə cəlb olunanlardan 162 nəfər sağalıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]