Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
İstanbul, 25 mart, AZƏRTAC
Türkiyədə koronavirusla bağlı sosial media hesablarında əsassız və yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
Nazir son bir həftə ərzində sosial media hesablarında təxribat xarakterli paylaşımlar edən 748 hesabın aşkarlandığını, onların 65 faizinin terror qrupmaşmalarına aid olduğunun müəyyənləşdirildiyini qeyd edib.
Ölkədə tətbiq olunan qismi karantin rejimi barədə danışan S.Soylu bildirib ki, bu istiqamətdə aparılan araşdırmalar zamanı ölkə qanunlarına uyğun olmayan 211 min 326 iş yeri bağlanıb, 207 iş yeri barəsində isə müvafiq cəza tətbiq olunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [21:36]
Rubio: Heç bir ölkə beynəlxalq su yolunda rüsum tələb edə bilməz
- 23.06.2026 [21:03]
Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək
- 23.06.2026 [20:54]
Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
- 23.06.2026 [20:34]
Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb
- 23.06.2026 [18:24]