Türkiyədə növbəti seçkilər mayın 14-də keçiriləcək
Ankara, 18 yanvar, AZƏRTAC
Türkiyədə növbəti prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışında məlumat verib.
Türkiyəni inkişaf və güclənmək yolundan onları heç kimin saxlaya bilməyəcəyini diqqətə çatdıran dövlət başçısı deyib ki, mərhum Menderes 1950-ci il mayın 14-də “Bəsdir daha, söz millətindir!” deyərək millətin qəlbinə girmiş və seçkilərdən qalib çıxıb. Millətimiz 73 il sonra bir daha eyni gün müstəmləkədə qalmaq həvəsində olanlara “Bəsdir!” deyəcək.
Xatırladaq ki, Türkiyədə bu seçkilər vaxtı iyunun 18-ə təyin olunmuşdu. Lakin dövlət rəsmləri həmin tarixdə vətəndaşların müəyyən hissəsinin tətildə olacağı səbəbindən səsvermənin vaxtının irəli çəkilməsinin zəruriliyini demişdilər. Eyni zamanda, dəfələrlə bildirilib ki, səsvermə tarixinin dəyişdirilməsi “növbədənkənar seçki” anlayışına gəlməməlidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:05]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]