Türkiyədə Osmanlı dönəmində təməli qoyulan avtomobil yolu layihəsi başa çatır
İstanbul, 30 mart, AZƏRTAC
Türkiyənin Aralıq dənizi və Qara dəniz bölgələrini birləşdirəcək, bu iki ərazi arasında qət edilən məsafəni 6 saata endirəcək avtomobil yolu layihəsinin ilin sonunadək tamamlanması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Osmanlı padşahı İkinci Əbdülhəmid zamanında “Dərəyolu” adı ilə fransız mühəndislər tərəfindən hazırlanan bu nəhəng layihənin təməli ilk dəfə 1929-cu ildə qoyulub. Sonradan dayandırılan “145 illik yuxu” adlı layihənin icrasına 2008-ci ildə yenidən başlanılıb.
Türkiyənin 5 əyalətini birbaşa, 50 şəhərini isə dolayı yollarla birləşdirəcək 818 kilometrlik bu avtomobil yolunun inşasının 95 faizi artıq tamamlanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]