Türkiyədə təyyarə qəzası nəticəsində bir nəfər həlak olub

İstanbul, 14 mart, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Konya vilayətində hərbi təlim təyyarəsinin qəzaya uğradığı bölgədə bir nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Konya valisi Vahdettin Özkan açıqlayıb.
Vali hərbi təyyarənin düşdüyü ərazinin inşaat sahəsi olduğunu və burada tikinti texnikası işlədən bir əməkdaşın qəza nəticəsində öldüyünü deyib.
Xatırladaq ki, səbəbi hələ bəlli olmayan qəza Türkiyə Silahlı Qüvvələrinin Konyadakı üçüncü əsas Jet bazasında baş verib. Təyyarə qəzaya uğramazdan əvvəl pilotun paraşütlə tullandığı bildirilir.
Hadisənin baş verdiyi bölgəyə çox sayda xilasedici briqada cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.07.2025 [22:44]
ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib
- 11.07.2025 [20:37]
“Volkswagen” şirkəti ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır
- 11.07.2025 [19:43]
Əcnəbilərin Gürcüstanda qalmaq şərtləri dəyişir
- 11.07.2025 [19:13]
Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub
- 11.07.2025 [18:49]