Türkiyədəki tələbələrimiz ermənilərin Azərbaycana qarşı təxribatlarına etiraz olaraq xüsusi fotosessiya hazırlayıblar
İstanbul, 19 oktyabr, AZƏRTAC
Türkiyədə yaşayan və təhsil alan gənclərimiz ermənilər tərəfindən Azərbaycana qarşı törədilən təxribatlara son verilməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağdan çıxarılması tələbi ilə xüsusi fotosessiya hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, “Danışan fotolar” adlı fotosessiya İstanbul Universiteti-Cərrahpaşada təhsil alan həmyerlimiz Fəridə Nəcəfquluyeva tərəfindən hazırlanıb.
Aksiya çərçivəsində gənclərimiz İstanbulun müxtəlif bölgələrində “Azərbaycan öz ərazilərini erməni işğalçılarından təmizləyir”, “Biz dinc əhalimizi ermənilərdən qorumağa çalışırıq”, “Ermənilər Azərbaycan uşaqlarını öldürməyə davam edərkən dünya niyə hələ də susur?” kimi etiraz şüarları ilə şəkillər çəkdiriblər.
Şəkillər müxtəlif həşteqlərlə sosial şəbəkələrdə yerləşdirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul