Türkiyəli azarkeş: Bakıda azərbaycanlı azarkeşlərin fəal dəstəyi ilə komandamızın Uelsə qalib gələcəyinə inanıram
Bakı, 16 iyun, AZƏRTAC
Bu gün Türkiyə millisi “Avro-2020”də növbəti oyununu qardaş Azərbaycanda keçirəcək. Doğma Bakıda azərbaycanlı qardaşlarımızın da fəal dəstəyi ilə Türkiyə millisinin Uelsə qalib gələcəyinə inanıram.
Bu sözləri türkiyəli futbol azarkeşi İbrahim Özbək AZƏRTAC-a müsahibəsində deyib.
Birinci görüşdə uduzan “ay-ulduzlular”ın qrupdan çıxması üçün son iki oyunun çox vacib olduğunu qeyd edən azarkeş bildirib: “Birinci oyundakı məğlubiyyətdən sonra bizim üçün çox vacib olan son iki qarşılaşmanın Bakıda keçirilməsi futbolçularımız üçün əlavə motivasiya olacaq. Azərbaycan xalqının Türkiyə millisini necə dəstəklədiyinin daim şahidi olmuşuq. Bakıda əllərində Türkiyə bayrağı dalğalandıran, milli komandamızın formalarını geyən yüzlərlə insana rast gəlirik. Bu dəstək stadionda futbolçularımıza əlavə güc verəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]