Türkiyənin hakim partiyası Makronun ikili standartlar siyasətini tənqid edib
Ankara, 1 aprel, AZƏRTAC
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik Fransa prezidenti Emmanuel Makronu tənqid atəşinə tutub. O, Fransa liderinin İstanbulun keçmiş meri Ekrəm İmamoğluna qarşı korrupsiya ittihamlarına cavabını “ikili standartların təzahürü” adlandırıb.
AZƏRTAC xəbər verir ki, “A Haber” telekanalının efirində çıxış edən Çelik korrupsiya ilə bağlı aparılan istintaqın demokratik prinsiplərin qorunması mövzusu ilə heç bir əlaqəsi olmadığını bildirib.
AK Parti nümayəndəsi Makronun Fransa parlamentindəki ifrat sağçı Milli Birlik fraksiyasının lideri Marin Le Pen və digər 8 deputatı Avropa Parlamentinin vəsaitlərindən sui-istifadə etməkdə təqsirli bilən Paris məhkəməsinin qərarına münasibətinə diqqət çəkib.
Çelik deyib: “Fransa və bütövlükdə Avropadakı korrupsiya qalmaqalına münasibət bildirən Makron və onun kimiləri hadisələri demokratik dəyərlərin qorunmasına prinsipial münasibət kimi təqdim edirlər. Türkiyədə korrupsiya ittihamlarına dair məhkəmə prosesləri isə bir növ “demokratik prinsiplərin pozulması” kimi təqdim olunur. Bu, şübhəsiz ki, ikili standartların nümayişidir”. O vurğulayıb ki, Makron öz ölkəsində məhkəmələrin qərarlarını Fransa demokratiyasının keyfiyyətinin göstəricisi adlandırıb. Parisin xaricdəki analoji proseslərə münasibəti isə kökündən fərqlidir. “Belə qərəzlilik Fransaya təkcə Avropadan kənarda deyil, həm də Aİ daxilində inamın azalmasına gətirib çıxarır”, -deyə Çelik qeyd edib.
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
- 11.06.2026 [10:25]
Küveyt hava məkanını yenidən açıb
- 11.06.2026 [06:21]
Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir
- 11.06.2026 [05:49]
Çində partlayış nəticəsində 7 nəfər ölüb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]