Türkiyənin Hatay bölgəsindəki meşə yanğını yaşayış məhəllələrinə keçib
Ankara, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Türkiyənin Hatay bölgəsində başlayan meşə yanğını yenidən güclənib.
AZƏRTAC xəbər verir ki, çoxistiqamətli müdaxiləyə baxmayaraq yanğın güclənib və sürətlə yayılmağa başlayıb. Bu gün səhər saatları alov yaşayış yerlərinə keçib. Arsuz rayonunun Nərgizlik və Karahüseyinli məhəllələrinə keçən yanğın səbəbindən bir evdə partlayışın baş verdiyi bildirilir. Yanğının söndürülməsi üçün ətraf vilayətlərdən əlavə qüvvələr cəlb olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]