Türkiyənin sevilən müğənnisi Murat Boz Bakıda konsert verəcək
Bakı, 8 iyul, AZƏRTAC
Avqustun 5-də “Dalğa Beach Aquapark Resort”da Türkiyənin sevilən müğənnisi Murat Boz konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, ifaları ilə qəlbləri fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.
Qeyd edək ki, bir çox musiqi alətlərində də ifa edə bilən Murat Boz musiqi karyerası ilə yanaşı, filmlərdə rol alaraq aktyorluqla da diqqət çəkib. Onun layiq görüldüyü mükafatlar sırasına dörd “Qızıl Kəpənək Mükafatı” və iki “Kral Musiqi Mükafatı” daxildir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]