Türkiyənin ticarət naziri əhalini yerli iqtisadiyyata dəstək verməyə çağırıb
Ankara, 2 aprel, AZƏRTAC
Türkiyənin ticarət naziri Ömer Bolat yerli iqtisadiyyatı boykot etməyə çağırış edən bəzi siyasi qüvvələri tənqid edib.
AZƏRTAC xəbər verir ki, televiziya kanalında çıxış edən nazir Türkiyənin istisadi inkişafına zərər vurmaq cəhdlərini “məsuliyyətsiz” adlandırıb və bunun ilk növbədə investorlara zərbə vuracağını və əhalinin rifahına mənfi təsir edəcəyini vurğulayıb.
Ö.Bolar qeyd edib ki, Ədalət və İnkişaf Partiyasının 22 illik hakimiyyəti dövründə Türkiyənin ÜDM-i 6.5 dəfə artaraq 1 trilyon 12 milyard dollara çatıb. “Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələn dövrdə adambaşına düşən gəlir həcmi 3 600 dollar təşkil edib. Hazırda bu rəqəm 15 463 dollara qalxıb”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, iş adamları Türkiyənin inkişafının lokomotivi olub və olacaq. “Bu gün Türkiyədə 2.5 milyon şirkət və ticarət obyekti fəaliyyət göstərir. Kiçik və orta biznes subyektlərinin sayı 2 milyon 350 min nəfərə çatıb. Ölkədə 366 ticarət və sənaye palataları, həmçinin ticarət birjaları fəaliyyət göstərir”, - deyə o əlavə edib.
Ticarət naziri Türkiyənin yüksək beynəlxalq nüfuzuna diqqət çəkib və milli iqtisadiyyatın artım tempinin qorunub saxlanacağına əminliyini ifadə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]